XƏBƏR, İQTİSADİYYAT
15-12-2018, 19:28

Ölkədən ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Ölkədən ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb
Azərbaycandan elektrik enerjisinin ixracı 1,5 dəfəyədək artıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Qərbinfo.az-a bildirilib ki, bu ilin on bir ayında ölkədən 1 milyard 380 milyon 154 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 64 milyon 968 min ABŞ dolları təşkil edib.

Keçən ilin müvafiq dövründə isə ölkədən 935 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri 41 milyon 220 min dollar olub.

Beləliklə də, bu ilin on bir ayında elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfəyədək artıb.






Son Xəbər