XƏBƏR, İQTİSADİYYAT
15-12-2018, 17:51

Azərbaycan cari ildə 27 milyon tondan çox neft və neft məhsulları ixrac edib

Azərbaycan cari ildə 27 milyon tondan çox neft və neft məhsulları ixrac edib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 27 milyon 143 min 456 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. On bir ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 14 milyard 621 milyon 241 min ABŞ dolları olub.

Qərbinfo.az xəbərə verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycandan 24 milyon 723 min 729 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 9 milyard 637 milyon 331 min dollar təşkil edib.






Son Xəbər