XƏBƏR, MƏDƏNİYYƏT
15-12-2018, 16:30

İstanbulda Bakının gözəlliyi tərənnüm olunub

İstanbulda Bakının gözəlliyi tərənnüm olunub
İstanbulun Silivri rayonun Milli Təhsil Müdirliyinin təşkilatçılığı ilə "Mədəniyyətimizə istiqamət verən şəhərlər” mövzusu çərçivəsində “Bakını tanıyaq!” şüarı altında konfrans keçirilib.

Qərbinfo.az xəbər verir ki, azərbaycansevərlərin iştirakı ilə keçirilən konfransda sosial məsələlər üzrə ekspert, araşdırması yazıçı Mətin Yıldırım və azərbaycanlı teleaparıcı Səidə Ömər Bakı şəhərini tarixi və müasir mədəniyyətindən bəhs ediblər.

Əvvəlcə Bakı şəhəri barədə film nümayiş olunub. Sonra filimdə əks olunan paytaxtımızın tarixi abidələri və müasir tikililər barədə məlumat verilib.

“Bakı Qafqazın sönməyən ulduzudur!” ifadəsi ilə iştirakçıların hərarətli alqışlarını qazanan Mətin Yıldırım çıxışında paytaxtımızın memarlıq abidələri, təbii gözəlliyi, müasir inkişafı məsələlərindən bəhs edib.

Sonra teleaparıcı Səidə Ömər Azərbaycana aid şeir və folklor nümunələri ilə tamaşaçıların qarşısına çıxıb.

İştirakçıları Bakını görməyə dəvət edən çıxışçılar xalqımızın qonaqpərvərliyindən, paytaxtımızın füsunkar gözəlliyindən, ölkəmizin dilbər guşələrindən danışıblar.

Sonda yazıçı Mətin Yıldırım XX əsrin əvvəlində erməni silahlı dəstələrinin müasir Türkiyənin şərqində və Azərbaycanın Naxçıvan bölgəsində müsəlman-türk əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs edən romanlarını imzası ilə oxuculara təqdim edib.
İstanbulda Bakının gözəlliyi tərənnüm olunub
İstanbulda Bakının gözəlliyi tərənnüm olunub
İstanbulda Bakının gözəlliyi tərənnüm olunub






Son Xəbər