XƏBƏR, HADİSƏ
14-12-2018, 19:25

DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 99 cinayət faktı qeydə alınıb. Onların 15-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.






Son Xəbər