XƏBƏR, İQTİSADİYYAT
14-12-2018, 15:57

Özəl tibb müəssisələrində bir sıra qanun pozuntularına rast gəlinib

Özəl tibb müəssisələrində bir sıra qanun pozuntularına rast gəlinib
Vergilər Nazirliyi tərəfindən cari ilin noyabrında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirilərkən vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb.

Nazirliyin Media və kommunikasiya mərkəzindən Qərbinfo.az-a bildirilib ki, bu barədə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib.

X.İsgəndərov nəzərə çatdırıb ki, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77 faizində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51 faizində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61 faizində isə pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib.

Bundan başqa, xəstəxanalardan müayinə aparmaq üçün göndərilən həkimlərə xəstə tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb. Bəzi klinikalarda tanınmış həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 50-70 faizini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib.






Son Xəbər