XƏBƏR, İQTİSADİYYAT
14-12-2018, 10:51

Şəmkir rayonunda tut tinglərinin əkini sürətlə davam etdirilir

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi və əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin qəbul etdiyi dövlət proqramları uğurla icra olunmaqdadır.

Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində əldə olunan nailiyyətlərin sırasında kənd təsərrüfatı sahəsinin durduğunu və bu sahənin iqtisadi həyatımızada artan çəkisini, xüsusi olaraq qeyd etmək olar.

Xatırladaq ki, qısa zaman ərzində kənd təsərrüfatı və yüngül sənayenin ortaq sahəsi olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində əldə olunan nailiyyətlər, bu sahəni vətəndaşlarımızın məşğuliyyətinə çevirmişdir.

Qeyd edək ki, bu sahənin inkişaf etdirilməsi Şəmkir rayonunda da, xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Beləki, yaxın günlərdə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 46 mininin Şəmkir rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Qərbinfo.az xəbər verir ki, Rayon icra hakimiyyətinin bölgüsü əsasında qəsəbə və kəndlərdə tut tinglərinin əkilməsi davam etdirilir. Görülən işlərin davamı olaraq, ötən gün Şəmkir şəhəri ərazisində, Şəhər nümayəndiliyi, Şəhər bələdiyyəsi və digər təşkilatların iştirakı ilə 4 hektar ərazidə 3500 ədəd tut tingi əkilmişdir.

Qeyd edək ki, ilin sonunadək 10.000 tut tinginin əkilməsi nəzərdə tutulur.

Son Xəbər