XƏBƏR, İQTİSADİYYAT
13-12-2018, 23:32

Dünya Bankı Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir

Dünya Bankı Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir
Dünya Bankı Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, qurumun rəhbərliyi Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Hassan Naqvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, növbəti dövr üçün qarşıda duran məsələlər müzakirə edilib.

Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkəmizin "Doing Business 2018" hesabatında son 1 ildə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış kompleks islahatların məntiqli nəticəsi olduğunu vurğulayıb. İbrahim Alışov maliyyə bazarlarındakı sabitliyin nəzarətdə saxlanılması və perspektivdə duran inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Dünya Bankının Palata ilə olan qarşılıqlı əməkdaşlığını yüksək dərəcədə qiymətləndirdiyini bildirib. O, Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının (FSMP2) fəaliyyət müqaviləsi çərçivəsində icra olunmuş və icrası davam edən tədbirlər barədə nümayəndə heyətini məlumatlandırıb.

Navid Hassan Naqvi son zamanlar həyata keçirilən tədbirlərin, aparılan islahatların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.






Son Xəbər