XƏBƏR, HADİSƏ
10-12-2018, 12:29

Çində torpaq sürüşməsində 3 nəfər ölüb, bir neçə adam dağıntılar altında qalıb

Çində torpaq sürüşməsində 3 nəfər ölüb, bir neçə adam dağıntılar altında qalıb
Çinin Siçuan vilayətində yaşayış məntəqəsində baş verən sürüşmə nəticəsində 3 ev dağılıb.

Qərbinfo.az xəbər verir ki, Suyon dairəsinin Fenşuy qəsəbəsində baş verən hadisədən sonra dağıntılar altından 8 nəfər çıxarılıb. Onlardan üçü aldıqları xəsarətlərdən xəstəxanaya aparılarkən keçinib, digər 5 nəfər isə reanimasiyaya yerləşdirilib.

Yerli hakimiyyət orqanları dağıntılar altında bir neçə adamın qaldığını güman edir. Hazırda hadisə yerində 600 nəfərə yaxın xilasedici axtarış işləri aparır.






Son Xəbər