XƏBƏR, HADİSƏ
8-12-2018, 11:58

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 100-180 faizini təşkil edir.

Bu barədə Qərbinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 237 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 142 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 55 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvan 16, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2017-ci il dekabrın 07-də 362 sm), Şirvanda 309 sm (2017-ci il dekabrın 07-də 237 sm), Salyanda 265 sm (2017-ci il dekabrın 07-də 185 sm), Bankədə 247 sm (2017-ci il dekabrın 07-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2017-ci il dekabrın 07-də 95 sm) təşkil edir.






Son Xəbər