XƏBƏR, MƏDƏNİYYƏT
8-12-2018, 09:07

Fransada AXC-nin 100 illiyinə həsr edilmiş film nümayiş olunacaq

Fransada AXC-nin 100 illiyinə həsr edilmiş film nümayiş olunacaqMilli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Azər Kərimli və Elşad Həsənov dekabrın 9-dan Fransada səfərdə olacaqlar.

Qərbinfo.az-a MM-dən daxil olan məlumata görə, millət vəkilləri Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəklər.

Toplantı Avropa Parlamentinin plenar sessiyası çərçivəsində keçiriləcək. Tədbir zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş AXC tarixindən bəhs edən film və Azərbaycana həsr olunmuş foto-sərgi nümayiş olunacaq.

Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev həmçinin Fransa Senatında və Milli Assambleyada Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcək.

Görüşdə qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunacaq. Fransanın Kolmar şəhərinin fəxri səfiri olan Cavanşir Feyziyev bu şəhərin meri ilə də görüşəcək. Görüşdə Şəki ilə Kolmar arasında əməkdaşlıq barədə imzalanmış protokola əsasən, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.






Son Xəbər