XƏBƏR, MƏDƏNİYYƏT
30-11-2018, 02:30

“Azərbaycan Kinosu Günləri” keçiriləcək

“Azərbaycan Kinosu Günləri” keçiriləcək
Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində “Azərbaycan Kinosu Günləri” keçiriləcək.

Nazirlikdən Qərbinfo.az-a bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini insanlara daha yaxından tanıtmaq, xüsusilə, gənclərdə vətənə və torpağa məhəbbət hisslərini gücləndirmək məqsədilə keçilən kino günləri çərçivəsində son illər vətənpərvərlik, Qarabağ və digər milli-mənəvi dəyərlərimiz haqqında dövlət sifarişi ilə çəkilmiş sənədli filmlərin nümayişi və tanınmış incəsənət xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.






Son Xəbər