XƏBƏR, MƏDƏNİYYƏT
28-11-2018, 18:48

İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək

İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək
2019-cu il yanvarın 25-dən 30-dək Bakıda Beynəlxalq İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək. Kinosevərlər festival çərçivəsində dünyanın həm gənc, həm də tanınmış rejissorlarının filmlərinə tamaşa edə biləcəklər. Tədbirin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması və müxtəlif ölkələrin rejissorları arasında təcrübə mübadiləsidir. Festival Azərbaycan Mədəniyyət Nazirliyi, “Imago Group” kino şirkəti, “Sandro Teti Editore” nəşriyyat evi və “United Cultures” təşkilatının təşkilati dəstəyi ilə keçiriləcək.

Qərbinfo.az-ın məlumatına görə, bu məlumatı jurnalistlərlə “Landmark” otelində keçirilən görüşdə festivalın təşkilatçıları - tanınmış italyan kinorejissoru Rossi Massimi və “Imago Group” kino şirkətinin təmsilçisi Luçiya Maçaleni bölüşüblər.

Görüşdə vurğulanıb ki, kinofestival Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə olacaq.

Qeyd olunub ki, bu formatda festival ilk dəfədir keçirilir. Tədbir çərçivəsində, həmçinin məşhur rejissor və aktyorlarla görüşlər, ustad dərsləri də nəzərdə tutulub. Festivalda iştirak etmək üçün events@united-cultures.org. elektron ünvanında qeydiyyatdan keçmək lazımdır.

Görüşün sonunda Rossi Massiminin “Antonio sindromu” filmi nümayiş etdirilib.






Son Xəbər