XƏBƏR, HADİSƏ
28-11-2018, 17:28

Maşın piyadaları vurdu- ölən və xəsarət alanlar var

Maşın piyadaları vurdu- ölən və xəsarət alanlar var
Paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qərbinfo.az-ın aldığı məlumta görə, Abdullayev Natiq Əliağa oğluna məxsus “Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.

Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.

Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.






Son Xəbər