XƏBƏR, MARAQLI
28-11-2018, 16:54

Gələcəkdə zaman içində səyahət etmək mümkün olacaq

 Gələcəkdə zaman içində səyahət etmək mümkün olacaq
Meksikalı nüvə fiziki Migel Alkubyerra bildirib ki, 1000 ildən sonra zaman içində səyahət etmək mümkün olacaq.

Qərbinfo.az "ölkə.az"-a istinadən bildirir ki, alimin sözünə əsasən, bunun üçün sürətin artırılması üzərində işləmək lazımdır.

Migelin fikrinə görə, işıq sürətini ötmək üçün bəşəriyyətə varp-mühərriklər lazımdır. Bu mühərriklər maşının qarşısında zamanı sıxır və arxasında genişləndirir. Belə olduğu halda hava gəmisi sürətləndiricisinə nisbətən hərəkətsiz qalacaq, məkan isə əksinə, dəyişməyə başlayacaq.

"Varp-qabarıqda səyahət etmək üçün bizə enerji lazımdır. İlkin hesablamalar göstərir ki, bunun üçün nəhəng enerji, Kainatda olan enerjidən çox enerji lazımdır. Yupiterin kütləsinə bərabər enerjidən söhbət gedir", - deyə alim əlavə edib.






Son Xəbər