XƏBƏR, MƏDƏNİYYƏT
26-11-2018, 15:31

Tarzən Məmməd Ağasıyevin xatirəsi anılıb

Tarzən Məmməd Ağasıyevin xatirəsi anılıb
Beynəlxalq Muğam Mərkəzində tarzən Məmməd Ağasıyevin 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Muğam Mərkəzindən Qərbinfo.az-a bildirilib ki, tədbir “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.

Xalq artisti Vamiq Məmmədəliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva və jurnalist-publisist Sədaqət Kərimova çıxış edərək Məmməd Ağasıyevin həyat və yaradıcılığından söz açıb, sənət fəaliyyəti haqqında məlumat veriblər.

Tədbir respublikanın tanınmış ifaçılarının iştirak etdiyi konsert proqramı ilə davam edib. İfaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi ilə AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansambl müşayiət edib.

Sonda sənətkarın qızı, bəstəkar-müğənni Sevinc Ağasıyeva tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib.
Tarzən Məmməd Ağasıyevin xatirəsi anılıb
Tarzən Məmməd Ağasıyevin xatirəsi anılıb






Son Xəbər