XƏBƏR, MƏDƏNİYYƏT
21-11-2018, 19:58

Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirilib

Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı 2018-ci ilin yekun təlimini keçirib.

Kitabxanadan Qərbinfo.az-a bildiriblər ki, “Vahid Qeydiyyat Sistemi daxilində komplektləşdirmə və kataloqlaşdırmada korrektə, redaktə və biblioqrafik qeydlərin problemləri” mövzusunda təlimi MEK-in informasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova aparıb. Kitabxana-xidmət şöbəsinin əməkdaşlarının iştirak etdikləri təlimdə MEK-in fondlarındakı “Azərbaycan kitab abidələri” reyestrinə daxil ediləcək sənədlərin seçilməsi və elektron kataloqda dəqiq əks olunması haqqında məlumat verilib. Həmçinin “Azərbaycan kitab abidələri” reyesterinə daxil olan kitab və sənədlərin - respublika üçün əhəmiyyətli qədim nəşrlərin, elmi-tarixi mahiyyət daşıyan xüsusi nəşrlərin meyarları da ətraflı izah edilib.

Tədbirdə Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında MEK-in fondların formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva çıxış edib. O, MEK tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında MRY bazasına daxil edilən sənədlər haqqında danışıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.






Son Xəbər