XƏBƏR, İDMAN
20-11-2018, 11:49

Şəmkirdə gənc şahmatçıların rayon birinciliyi keçirilib

Şəmkirdə gənc şahmatçıların rayon birinciliyi keçirilib
19 noyabr 2018-ci il tarixdə Şəmkir Şahmat məktəbində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, Şahmat idman növü üzrə Şəmkir rayon birinciliyi keçirilib.

Qərbinfo.az xəbər verir ki, rayon birinciliyinin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, UGİM-in direktoru Namiq Mahmudov, Şəmkir rayon Təhsil Şöbəsinin idman sahəsi üzrə metodisti Südabə Vəliyeva, UGİŞM-in direktoru Rasim Pənciyev iştirak edib.

Yarışın rəsmi açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov bildirmişdir ki, artıq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq keçirilən atletika, voleybol, basketbol və şahmat üzrə məktəbdaxili və rayon birincilikləri keçirilmişdir.

Qeyd edək ki, keçirilmiş bu yarışlarda rayonun 78 orta məktəbini əhatə etmiş, rayon birinciliyində qalib gələn komandalar zona mərhələsində Şəmkir rayonunu təmsil etmək hüququ qazanmışdır.

Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov yarış iştirakçılarına, ölkədə və xüsusi ilə Şəmkir rayonunda aparılan Dövlət İdman Siyasətinin uğurlarından geniş bəhs etmişdir. O, bildirmişdir ki, müstəqillik dövründə aparılmış uğurlu işlərin nəticəsidir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır.

Sonra, Şəmkir rayon Təhsil Şöbəsinin idman sahəsi üzrə metodisti Südabə Vəliyeva iştirakçılara yarış qaydaları barədə ətraflı məlumat verib.

Yekunda, 1-ci yerə Əhməd Cavad adına tam orta məktəb, 2-ci yerə Cahangir Rüstəmov adına tam orta məktəb, 3-cü yerə Qaralar kənd tam orta məktəbi layiq görülüb.

Qalib gələn komanda Əhməd Cavad adına tam orta məktəb zona mərhələsinə vəsiqə qazanıb.

Son Xəbər