XƏBƏR, MƏDƏNİYYƏT
19-11-2018, 19:23

“Gənclərə dəstək” layihəsi çərçivəsində konsert proqramı təqdim ediləcək

“Gənclərə dəstək” layihəsi çərçivəsində konsert proqramı təqdim ediləcək
Noyabrın 29-da “Gənclərə dəstək” layihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim ediləcək.

Qərbinfo.az-ın məlumatına görə, gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.

Konsert proqramının solistləri beynəlxalq müsabiqələr laureatı Beren Gürcüoğlu (Türkiyə, piano), Şeyda Ələsgərova (fleyta), Fəridə Ələkbərli (arfa) və Pərvin Əşaridir (arfa).

Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.






Son Xəbər