XƏBƏR, MƏDƏNİYYƏT
17-11-2018, 17:31

Azərbaycanda tapılan qayaüstü rəsmlər amerka alimlərini heyrətləndirib

Azərbaycanda tapılan qayaüstü rəsmlər amerka alimlərini heyrətləndirib
Nüfuzlu elm portalı “Science News” noyabrın 16-da dərc “Azərbaycanda tunc dövrünə aid qədim oyunun qayaüstü rəsmləri tapılıb” sərlövhəli məqalə dərc edib.

Qərbinfo.az xəbər verir ki, Bryus Bauerin müəllifi olduğu məqalədə arxeoloqların 4 min il tarixi olan tunc dövrünə aid qədim “58 dəlik” oyununun Azərbaycanda aşkar olunmuş qayaüstü rəsmlərinin amerikan alimlərini heyrətləndirdiyi bildirilir. Bu qədim oyun tunc dövründə Mesopotamiya, Misir və Yaxın Şərqin digər ölkələrində geniş yayılıb və bu ərazilərin xalqları tərəfindən “İtlər və çaqqallar” da adlandırılıb.

Məqalədə qeyd olunur ki, Nyu-York şəhərində yerləşən Amerikan Təbiət Tarixi Muzeyinin arxeoloqu Volter Krist noyabrın 15-də Amerikan Şərq Araşdırmaları Məktəbinin illik görüşündə alimlərin təqdim etdikləri bu rəsmləri unikal tapıntı adlandırıb. “Azərbaycan Yaxın Şərq regionundan 1000 – 2000 kilometrədək məsafədə yerləşir, lakin tunc dövrünə aid bu oyunun Qafqaz dağlarının və Xəzər dənizinin arasında yerləşən xalqlaradək gəlib çıxdığı məlum olur”, deyə arxeoloq vurğulayıb.

“Azerbaijan International” onlayn jurnalında “58 dəlik” oyununun qaya üzərində oyulmuş rəsmlərini görən arxeoloq 2018-ci ildə Azərbaycana səyahət edib və burada çəkdiyi tapıntının fotoşəkilləri və videomaterialını Nyu-Yorkdakı həmkarlarına təqdim edib.






Son Xəbər