XƏBƏR, MƏDƏNİYYƏT
16-11-2018, 10:33

Sankt-Peterburq şəhərində forum keçirilir

Sankt-Peterburq şəhərində forum keçirilir
Sankt-Peterburq şəhərində təşkil olunan VII Beynəlxalq Mədəni Forumunda eyni zamanda mədəniyyət sahəsində ixtisaslaşmış rəsmi dövlət qurumlarının rəhbərləri, mədəniyyət menecerləri, alim və mütəxəssislər iştirak edir.


Qərbinfo.az xəbər verir ki, Forum çərçivəsində təşkil olunmuş bir neçə tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev iştirak edib.

Asif Usubəliyevin forum çərçivəsində təşkil edilən panellərdən birinin sahibi olan Mədəni Proqramlar İnstitutunun rəhbərliyi ilə görüşü keçirilmişdir. Görüş zamanı iki müəssisə arasında əməkdaşlıq perspektivləri müzakirə edilmiş və əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə edilib. Gələcək əməkdaşlığın prioritet istiqamətlərindən biri mədəniyyət sahəsində çalışan mütəxəssislər üçün müxtəlif təyinatlı təlimlərin keçirilməsidir. Belə ki, mövcud istiqamətlərdə görülmüş işlər barəsində geniş məlumat verilmiş və faydalı ola biləcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Rusiyanın Mədəni Proqramlar İnstitutunun rəhbəri Yelena Smirnova əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bildirmişdir. Aparılmış danışıqlar nəticəsində müəyyən olunmuşdur ki, əməkdaşlıq əsasən metodiki vəsaitlərin və tədris proqramlarının hazırlanması habelə birgə beynəlxalq təlimlərin keçirilməsi kimi sahələri əhatə edəcəkdir.

Mədəni Proqramlar İnstitutunun rəhbərliyi eyni zamanda mədəniyyət üzrə ixtisaslaşmış təlimçilər üçün də xüsusi tədris proqramlarının hazırlanmasında maraqlı olduqlarını bildirib.

Birgə keçirilməsi nəzərdə tutulan təlimlər muzey, teatr, kitabxana, mədəniyyət evləri habelə mədəniyyət idarələrinin rəhbərləri üçün müasir mədəniyyət menecmenti mövzusunu əhatə edəcək ixtisaslaşmış proqramları əhatə edəcəkdir. Əməkdaşlıq çərçivəsində təcrübə ezamiyyələrinin də təşkili də nəzərdə tutulub.






Son Xəbər