XƏBƏR, MƏDƏNİYYƏT
15-11-2018, 21:30

Muzeyin kolleksiyasına daha bir arxeoloji material daxil edilib

Muzeyin kolleksiyasına daha bir arxeoloji material daxil edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına yeni material – tunc sancaq daxil edilib.

Muzeydən Qərbinfo.az-a bildiriblər ki, Tərtər rayon sakini Xəyal Nəcəfov tərəfindən bu müəssisəyə təqdim edilmiş həmin sancaq 1990-cı illərin sonunda Yevlax rayonunda tapılıb. Zolağının bir tərəfinə cızma üsulu ilə rombşəkilli naxışlar salınmış sancağın uzunluğu 15,5, eni 6 santimetrdir. Onun təqribən eramızın I-V əsrlərə aid olduğu ehtimal edilir.

Muzey kolleksiyasında oxşarı olmayan bu sancaq tam tədqiq edildikdən sonra ekspozisiyaya qoyulacaq.






Son Xəbər