XƏBƏR, HADİSƏ
14-11-2018, 18:49

Vulkan 4 min metr hündürlüyə tüstü və kül püskürüb

Vulkan 4 min metr hündürlüyə tüstü və kül püskürübNoyabrın 14-də Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında yerləşən Sakuracima vulkanı 4 min metr hündürlüyə tüstü və kül püskürüb.

Qərbinfo.az Kyodo agentliyinə istinadla xəbər verir ki, vulkanın püskürdüyü daş parçaları təqribən iki min metr məsafəyə uçub.

Vulkanın ətrafında yerləşən rayon ziyarətçilər üçün tamamilə bağlanıb. Vulkan sonuncu dəfə cari ilin iyulunda püskürmüşdü.

Sakuracima Yaponiyanın ən təhlükəli vulkanlarından biridir. Tez-tez püskürən vulkan yaxınlıqda yerləşən Kaqoşima şəhərinin əhalisi üçün ciddi problemlər yaradır.






Son Xəbər