XƏBƏR, DÜNYA, MƏDƏNİYYƏT
14-11-2018, 17:27

Peç şəhərində idman rəqsləri üzrə dünya çempionatı keçiriləcək

Peç şəhərində idman rəqsləri üzrə dünya çempionatı keçiriləcək
Noyabr ayında Macarıstanın Peç şəhərində ikinci dəfə idman rəqsləri üzrə dünya çempionatı (“World DanceSport Formation Standard 2018”) , həmçinin rəqslər üzrə “Szigo” Kuboku uğrunda yarışlar keçiriləcək.

2016-cı ildən bəri ikinci dəfədir ki, bal rəqsləri ilə bağlı müsabiqə Macarıstanda təşkil olunur.

Qərbinfo.az xəbər verir ki, tədbirin noyabrın 24-25-də keçirilməsi nəzərdə tutulur. İki il əvvəl Peç şəhərində keçirilən dünya çempionatı son 20 ildə Macarıstanda ilk dəfə təşkil olunmuşdu. Həmin yarışlarda 15 ölkə hərəsi 20 nəfərdən ibarət komandalar iştirak edirdi. Dəstək qrupları ilə birlikdə təqribən 500 iştirakçı ilə təmsil olunmuş bu komandalar 1.500 – 2.000 tamaşaçını əyləndirirdi.

Təşkilatçılar budəfəki çempionatın daha maraqlı olacağını vəd edirlər. Artıq yarışlara hazırlıq və komandaların qeydiyyatı gedir.

Dünya çempionatına əlavə olaraq, tədbirin ikinci günü rəqslər üzrə “Szigo” Kuboku uğrunda yarışlar keçiriləcək. Bu yarışlarda müxtəlif yaş qruplarının nümayəndələri iştirak edəcəklər.






Son Xəbər