XƏBƏR, İDMAN
13-11-2018, 17:08

Şəmkirdə Basketbol idman növü üzrə rayon birinciliyi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, 13 noyabr 2018-ci il tarixdə Şəmkir Olimpiya İdman Kompleksində Basketbol idman növü üzrə Şəmkir rayon birinciliyi keçirilmişdir.

Qərbinfo.az xəbər verir ki, rayon birinciliyinin açılış mərasimində Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, UGİM-in direktoru Namiq Mahmudov, Şəmkir rayon Təhsil Şöbəsinin idman sahəsi üzrə metodisti Südabə Vəliyeva, UGİŞM-in direktoru Rasim Pənciyev iştirak etmişdir.

Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov çıxış edərək yarış iştirakçılarına ölkədə və xüsusi ilə Şəmkir rayonunda aparılan Dövlət İdman Siyasətinin uğurlarından geniş bəhs tmiş, bildirmişdir ki, müstəqillik dövründə aparılmış uğurlu işlərin nəticəsidir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır.

Sonra, Şəmkir rayon Təhsil Şöbəsinin idman sahəsi üzrə metodisti Südabə Vəliyeva yarış qaydaları barədə ətraflı məlumat vermişdir.

Qeyd edək ki, yarışda rayonun 78 məktəbindən ümumilikdə 200-dən artıq məktəbli öz güclərini sınamışdır.

Yarışın nəticəsi olaraq, qalib olan komanda zona mərhələsinə vəsiqə qazanmışdır.

Son Xəbər