XƏBƏR, HADİSƏ
12-11-2018, 21:28

Gömrük nəzarətindən gizlədilən xarici valyutanın ölkədən çıxarmaq cəhdinin qarşısı alınıb

Gömrük nəzarətindən gizlədilən xarici valyutanın ölkədən çıxarmaq cəhdinin qarşısı alınıb
Gömrük nəzarətindən gizlədilən xarici valyutanın ölkədən çıxarmaq cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Qərbinfo.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 min ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.






Son Xəbər