XƏBƏR, İDMAN
7-11-2018, 22:51

Montsa 2024-cü ilə qədər Formula 1 Qran-Pri yarışlarına ev sahibliyi etmək üçün maliyyə vəsaiti alıb

Montsa 2024-cü ilə qədər Formula 1 Qran-Pri yarışlarına ev sahibliyi etmək üçün maliyyə vəsaiti alıb
Lombardiya İnzibati Vilayəti (İtaliya) Formula 1 Qran-Pri yarışlarını Montsada saxlamaq uçün növbəti 5 il ərzində əlavə 25 milyon avro pul ayırmağı öhdəyə götürüb.

Qərbinfo.az “Corriere dello Sport” nəşrinə istinadla xəbər verir ki, kral yürüşləri mərhələsinin Montsada keçirilməsi barədə hazırda qüvvədə olan kontraktın müddəti 2019-cu ilin sonunda başa çatır.

Lombardiyanın idman üzrə müşaviri Martina Kambiaqi deyib: “Bu, ilk addımdır, çünki kontraktın müddətinin uzadılması və ən mühüm beynəlxalq idman hadisəsinin 2024-cü ilə qədər bizim ölkədə qalması bizim üçün prioritet məsələdir”.

Qeyd edək ki, İtaliya Qran-Prisi Formula 1 yarışlarının 1950-ci ildə keçirilmiş birinci mövsümündən başlayaraq, 1980-ci il istisna olmaqla, həmişə Montsada keçirilib.

Bir qədər əvvəl yayılmış məlumata görə, 2020-ci ildə Formula 1 yarışlarının təqviminə Vyetnam və Niderland Qran-Priləri də əlavə olunacaq.






Son Xəbər