XƏBƏR, MƏDƏNİYYƏT
5-11-2018, 20:54

Tofiq Quliyev adına birinci estrada mahnı müsabiqəsinin qala-konserti olacaq

Tofiq Quliyev adına birinci estrada mahnı müsabiqəsinin qala-konserti olacaq
Noyabrın 7-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunan birinci estrada mahnı müsabiqəsinin qala-konserti keçiriləcək.

Bu barədə Qərbinfo.az-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Həmçinin noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda müsabiqənin nəticələrinə həsr edilən mətbuat konfransı, həmçinin qaliblərin mükafatlandırılması mərasimi olacaq.






Son Xəbər