XƏBƏR, MƏDƏNİYYƏT
5-11-2018, 20:32

Memarlıq və İnşaat Universitetinin tələbəsinin yaradıcılıq sərgisi açılıb

Memarlıq və İnşaat Universitetinin tələbəsinin yaradıcılıq sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) memarlıq fakültəsinin 3-cü kurs tələbəsi Arina Kolesovanın ilk fərdi yaradıcılıq sərgisi açılıb.

AzMİU-dan Qərbinfo.az-a bildirilib ki, fakültənin dekanı Zahidə Məmmədova gənc memarın sərgisinin davamlı olacağına ümid etdiyini deyib, ona müvəffəqiyyətlər arzulayıb. Dekan ötən tədris ilində fakültənin 10-a yaxın tələbəsinin sərgi salonunda əsərlərinin nümayiş olunduğunu bildirib.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva və başqaları istedadlı gənc memarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Sərgidə A.Kolesovanın yağlı boya, akvarel, keramik lepka və batika janrlarında çəkdiyi rəsmlər nümayiş olunur. Gənc memarın yağlı boya ilə işlənmiş rəsm əsərləri sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. Sərgidə nümayiş olunan təsviri incəsənət nümunələri qonaqlarda xoş təəssürat yaradıb.

Gənc memarın əl işləri universitetin sərgi salonunda noyabrın 16-dək nümayiş olunacaq.






Son Xəbər