XƏBƏR, HADİSƏ
5-11-2018, 12:25

Cəlilabadda yol qəzası baş verib

Cəlilabadda yol qəzası baş veribCəlilabad rayonunda yol qəzas baş verib.
Qərbinfo.az-ın məlumatına görə, hadisə Musalı kəndi ərazisində qeydə alınıb.


"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Quliyev Rövşən Fərəməz oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Qəza zamanı həmçinin digər avtomobilin sürücüsünün də yüngül xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.






Son Xəbər