XƏBƏR, HADİSƏ
2-11-2018, 23:38

10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Şabanov saxlanılıb. Ondan çəkisi 8 kiloqram 200 qram olan marixuana götürülüb.

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini Eldəniz Əhmədovdan çəkisi 2 kiloqramdan artıq marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.






Son Xəbər