XƏBƏR, MƏDƏNİYYƏT
2-11-2018, 12:19

Bədii gimnastika üzrə 25-ci Bakı çempionatı start götürüb

Bədii gimnastika üzrə 25-ci Bakı çempionatı start götürüb
Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə növbəti yerli yarış start götürüb. Bu dəfə zərif gimnastlar öz güclərini Bakı çempionu adı uğrunda mübarizədə sınayırlar.

Qərbinfo.az xəbər verir ki, sayca 25-ci olan çempionatda Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, AyUlduz Klubu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Sərhədçi” Olimpiya İdman Mərkəzi və Zabrat İdman Klubunun yetirmələri iştirak edirlər.

İki gün davam edəcək turnirdə 100-dək gimnast çıxış edəcək. Yarışların ilk günü məhz balaca gimnastların çıxışları ilə əlamətdar olacaq. Belə ki, azyaşlı gimnastlar alətsiz, ip, halqa ilə öz proqramlarını təqdim edəcəklər və günün sonunda onlar fərdi çoxnövçülükdə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Növbəti yarış gününə isə yeniyetmələr start verəcəklər. Onlar da hakimlər qarşısına alətsiz, ip və halqa ilə çıxaraq, yüksək xal almaq üçün çalışacaqlar. Gənclər və böyüklər yaş kateqoriyasına bölünmüş gimnastlar isə halqa, top, gürzlər və lent ilə proqramlarını icra edəcəklər. Beləliklə, turnirin sonunda bütün alətlər üzrə yekun xal əsasında fərdi çoxnövçülükdə fərqlənmiş gimnastlar fəxri kürsüyə yüksələcəklər.






Son Xəbər