XƏBƏR, MƏDƏNİYYƏT
30-10-2018, 09:35

Qubadlı gənc pianoçuların uğuru

Qubadlı gənc pianoçuların uğuruOktyabrda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Türkiyə, Qazaxıstan, Portuqaliya və digər ölkələrin qatıldığı onlayn “III Caspi Art Uluslararası Sanat Yarışması” Beynəlxalq müsabiqəsində Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbi də iştirak edib.

Qərbinfo.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Fatimə Mənsumzadə və 1-ci sinif şagirdi Aynaxanım Ağazadə müsabiqənin qalibləri sırasında yer alıblar.
Qubadlı gənc pianoçuların uğuru

F.Mənsumzadənin ifa etdiyi - K.V.Qlyükun “Flaminqo”, D.Kabalevskinin “Variasiyalar” əsərləri və A.Ağazadənin ifasında təqdim olunan T.Quliyevin “Seva velosipedlə” və “Lay-lay”, K.Çerninin “Etüd”ü münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Müsabiqənin yekun nəticələrinə görə hər iki gənc pianoçu 2-ci dərəcəli diploma layiq görülüb.






Son Xəbər