XƏBƏR, MƏDƏNİYYƏT
29-10-2018, 19:28

Gəncə Dövlət Dram Teatrının baş rejissoru Gürcüstanda yeni tamaşa hazırlayıb

Gəncə Dövlət Dram Teatrının baş rejissoru Gürcüstanda yeni tamaşa hazırlayıbGəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstanın Axmeteli Teatrının dəvəti ilə qonşu ölkədə yeni tamaşa hazırlayıb.

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının direktor müavini və rejissoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Namiq Hacıyev Qərbinfo.az-a bildirib ki, İ.Gözəlova tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin “Hellados” əsəri əsasında eyni adlı tamaşa hazırlayıb. Noyabrın 2-də tamaşanın premyerası olacaq.

N.Hacıyev deyib ki, Azərbaycandan gəlmiş rejissorun Gürcüstanda tamaşa hazırlaması ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Gələcəkdə daha bir neçə belə tamaşanın hazırlanması nəzərdə tutulub.






Son Xəbər