XƏBƏR, MƏDƏNİYYƏT
29-10-2018, 13:07

Şəmkirdə Qara Qarayevin 100 illik yübleyi keçirilib

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasından 100 il ötür. Şərq ənənələri və Qərb koloritini ustalıqla sintez edən Qara Qarayevin yaradıcılığı Şəmkirdə də təntənəli qeyd edilib.

Qərbinfo.az xəbər verir ki, tədbir oktyabrın 27-də Şəmkir Regional Mədəniyyət İdarəsi və Bakı Musiqi Akademiyasının birgə təşəbbüsü və Şəmkir Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilib.

Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədovun da iştirak etdiyi yubley konsertində iştirakçılar qədim musiqi aləti olan orqanda musiqiçilərin maraqlı ifalarını dinləyiblər.

Professor R.Babayeva, baş müəllim S.Bəylərbəyovanın, Bakı Musiqi Akademiyasının məzunu,beynəlxalq müsabiqənin laureyatı N.Məmmədovanın, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, G.Muradovanın və gənc ifaçı S.Əsədullayevanın çıxışları yubley gecəsində alqışlarla qarşılanıb.

Tədbirin sonunda ifaçılara Şəmkir Rayon İcra Hakmiyyəti tərəfindən gül buketləri təqdim edilib.

Son Xəbər