XƏBƏR, MƏDƏNİYYƏT
29-10-2018, 15:27

Vyetnamlılar Azərbaycanın turizm imkanlarını kəşf edirlər

Vyetnamlılar Azərbaycanın turizm imkanlarını kəşf edirlər
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Vyetnam turizm şirkətləri ilə yerli turizm agentliklərinin görüşü keçirilib. 50-dən çox yerli şirkətin iştirak etdiyi görüşdə Azərbaycanla bağlı təbliğat materialları paylanılıb, Vyetnamın turizm imkanları təqdim olunub.

Dövlət Turizm Agentliyindən Qərbinfo.az-a bildirilib ki, görüş Vyetnamdan olan media nümayəndələri və turizm şirkətlərindən ibarət olan qrupun Azərbaycanın turizm potensialı ilə yaxından tanış olması məqsədilə təşkil olunan səfər çərçivəsində reallaşıb. Səfər zamanı vyetnamlı qrup Bakı, Şəki və Qəbələ şəhərlərinin turistik yerlərini ziyarət edərək, turizm imkanları ilə tanış olublar. Qrupun ölkəmizə səfəri Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycanda çəkilən video və foto materiallar əsasında Vyetnam televiziya kanallarında silsilə verilişlərin nümayiş etdirilməsi planlaşdırılır.






Son Xəbər