XƏBƏR, MƏDƏNİYYƏT
27-10-2018, 19:35

“Söz” əbədi layihəsi çərçivəsində növbəti tədbir Nəsimiyə ithaf olunub

“Söz” əbədi layihəsi çərçivəsində növbəti tədbir Nəsimiyə ithaf olunub
“Söz” əbədi layihəsi çərçivəsində növbəti tədbir Müasir İncəsənət Muzeyində reallaşıb.

Qərbinfo.az xəbər verir ki, tədbir ölkəmizdə ilk dəfə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunub.

Layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi və tanınmış yazıçı Sayman Aruz klassik şeir janrının gənclər arasında yayılmasından, Nəsimi irsinin onların yaradıcılığına təsirindən söz açıblar.
“Söz” əbədi layihəsi çərçivəsində növbəti tədbir Nəsimiyə ithaf olunub
AYB-nin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı Nəsimi yaradıcılığı və “Söz” layihəsinin yaradıcı gənc nəslin mənəvi tərbiyəsinə təsir imkanları haqqında məlumat verib, layihənin əruz ədəbiyyatının təbliğində vacib rola malik olduğunu vurğulayıb.

Tədbir gənc şairlərin şeirlərinin səsləndirilməsi ilə davam edib. Sonda müsabiqənin laureatlarına diplom və hədiyyələr təqdim olunub.
“Söz” əbədi layihəsi çərçivəsində növbəti tədbir Nəsimiyə ithaf olunub






Son Xəbər