XƏBƏR, MARAQLI
20-10-2018, 10:51

NASA insanları Veneraya göndərəcək

NASA insanları Veneraya göndərəcəkNASA Venera planetinə idarə olunan uçuş layihəsini hazırlayıb.

Qərbinfo.az xəbər verir ki, layihə Veneraya mütəxəssislərdən ibarət ekspedisiyanın göndərilməsini nəzərdə tutur.

Dirijablla Veneraya yollanacaq alimlər bir aydan sonra geri qayıdacaqlar.

Hazırda elm ictimaiyyətinin diqqəti Mars planetinə yönəlsə də, NASA mütəxəssisləri hesab edirlər ki, kosmik ekspedisiyaların növbəti ünvanı məhz Venera olacaq.

Ekspedisiya üzvləri 50 kilometr hündürlükdən araşdırmalarını aparacaqlar. Venerada yerin üst qatında temperatur yüksək olduğundan dirijablın yerə enməsi nəzərdə tutulmur. Lakin 50 km hündürlükdə atmosferin göstəriciləri Yer kürəsinin analoji göstəricilərinə oxşayır.

Araşdırma bitdikdən sonra dirijabldan raket atılacaq. Bu raket vasitəsi ilə ekspedisiya üzvləri orbitə qayıdacaqlar, oradan isə kosmik gəmi ilə Yerə dönəcəklər.






Son Xəbər