XƏBƏR, MƏDƏNİYYƏT
11-10-2018, 19:38

Şəmkirdə Xalq rəssamı Nadir Qasımovun sərgisi təşkil edilib

Şəmkirdə Xalq rəssamı Nadir Qasımovun sərgisi təşkil edilib
Şəmkir Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 11 oktyabr 2018-ci il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində Xalq rəssamı Nadir Qasımovun əsərlərindən ibarət sərgi təşkil olunub.

Qərbinfo.az-ın məlumatına görə, bu layihə 2015-ci ildə Mədəniyyət Nazirliyinin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün inkişafı məqsədi ilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilib.

Məlumat üçün qeyd edirik ki, Nadir Qasımov 22 may 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1941-1946-cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1947-1953-cü illərdə isə Sankt-Peterburqda I.E.Repin adına Rəssamlıq Akademiyasında, İohansonun emalatxanasında təhsil almışdır. Onun rəssamlıq fəaliyyəti 50 ildən artıq bir dövrü əhatə edir.
Nadir Qasımov 1958-1969-cu illərdə Azərbaycan Rəssamlar ittifaqının idarə heyətinin üzvü olmuş, 1967-1969-cu illərdə Bakı şəhər sovetinin üç çağırış üzrə deputat seçilmişdir.
Nadir Qasımovun Xəzər dənizi mövzulu “Dəniz qəzəblənir”, “Polad adam”, “Xəzərdə qızılı şəfəq”, “Neft buruqları”, “lliç buxtası” (Dövlət Tretyakov Qalereyası), “lliç buxtasının qurulması”, “Qırmızı borular" (Dövlət Tretyakov Qalereyası) əsərlərini və 1960-ci illər yaradıcılığına aid “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” kimi ona şöhrət gətirən rəsmlərinin adlarını çəkmək olar.

Rəssamın əsərləri Azərbaycan Milli Incəsənt Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Dövlət Tretyakov Qalereyasının, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır.

Nadir Qasımovun 1961 və 1977-ci illərdə Bakıda, 1967 və 1979-cu illərdə Moskvada, Kaunasda, 1976-cı ildə Frunze (Bişkək) şəhərində, 1980-ci ildə Qazan şəhərində, 2008-ci il də Bakıda fərdi sərgiləri keçirilmişdir. Rəssam bədii yaradıcılığı və ictimai işləri ilə yanaşı 1970-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Nadir Qasımov 1992-ci il də "Xalq rəssamı" adına layiq görülmüşdür.

Nadir Qasımov 2000-ci ildə vəfat etmişdir

Son Xəbər