XƏBƏR, DÜNYA, MƏDƏNİYYƏT
5-10-2018, 19:18

“Euronews” kanalı Nəsimi Festivalı haqqında reportaj yayımlayıb

“Euronews” kanalı Nəsimi Festivalı haqqında reportaj yayımlayıb
“Euronews” telekanalı Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj hazırlayıb. Reportajda 27-30 sentyabr tarixində gerçəkləşən festivalla bağlı ətraflı məlumat verilir.

Bildirilir ki, Şərqin dahi şair və mütəfəkkirlərindən İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilən, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Azərbaycanda ilk dəfə təşkil olunub.

Qerbinfo.az xəbər verir ki, reportajda festivalın açılış mərasimində Xalq artisti Alim Qasımovun, Azərbaycan əsilli tanınmış britaniyalı müğənni Sami Yusufun ifalarına xüsusi yer verilir. Təqdim olunan ifalarda, bədii-musiqili kompozisiyalarda Şərqlə Qərbin vəhdəti, Nəsimi şeiriyyətinin əbədiyaşarlığının əks olunduğu vurğulanır.

Görkəmli mədəniyyət xadimlərinin, musiqiçilərin qatıldığı festivalın maraqla qarşılandığı bildirilir. Həmçinin ölkəmizin multikulturalizmə və tolerantlığa verdiyi önəm qeyd olunur.






Son Xəbər