XƏBƏR, VİDEO
29-09-2018, 15:43

İndoneziyada yüzlərlə insan öldü

İndoneziyada yüzlərlə insan öldü İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 384-ə yüksəlib.

Qərbinfo.az lenta.ru-ya istinadla xəbər verir ki, yerli hakimiyyət yüzlərlə insanın itkin düşdüyünü və bu səbəbdən ölü sayının artacağını bildiriblər.

Təbii fəlakətdən ən çox Palu şəhəri əziyyət çəkib.

Sentyabrın 28-də İndoneziyada 7,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlardan sonra adaya iki metr hündürlükdə dalğa gəlib.






Son Xəbər