XƏBƏR, MƏDƏNİYYƏT
29-09-2018, 12:41

Zabit Nəbizadə Türkiyədə beynəlxalq festivalda ölkəmizi təmsil edib

Zabit Nəbizadə Türkiyədə beynəlxalq festivalda ölkəmizi təmsil edib
Türkiyənin Konya şəhərində Mövlanənin anadan olmasının 811-ci ildönümü münasibətilə XV Konya Beynəlxalq Musiqi Festivalı keçirilib.

Qerbinfo.az xəbər verir ki, festivalda ölkəmizi tanınmış muğam ifaçısı Zabit Nəbizadə təmsil edib.

Qeyd edək ki, festivalda 47 ölkədən 133 musiqi qrupu iştirak edib. Özbəkistan, İran, Əfqanıstan, Türkiyə və digər ölkələrin musiqiçiləri arasında Azərbaycanı milli muğamımızla təmsil edən Zabit Nəbizadənin möhtəşəm ifası alqışlarla qarşılanıb.






Son Xəbər