XƏBƏR, MƏDƏNİYYƏT
26-09-2018, 18:30

Əcnəbilərin Qarabağlar Türbə Kompleksinə ekskursiyaları təşkil olunub

Əcnəbilərin Qarabağlar Türbə Kompleksinə ekskursiyaları təşkil olunub Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Türk-islam mədəniyyətinin nadir nümunəsi: Qarabağlar Türbə Kompleksi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Qerbinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan tədbiri xidmətin əməkdaşı Elvin Cavadov açaraq, belə görüşlərin keçirilməsində məqsədin əcnəbilərin Naxçıvanın tarixi, mədəniyyəti və milli adət-ənənələri ilə daha yaxından tanışlığını təmin etmək olduğunu bildirib.

Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşı Əli Rzayev çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib və bu il iyulun 5-də istifadəyə verilib. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

Sonra tədbir iştirakçılarının Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub.






Son Xəbər