XƏBƏR, SİYASƏT, MƏDƏNİYYƏT
25-09-2018, 12:07

Dünyaya günəş kimi doğan Azərbaycan

Dünyaya günəş kimi doğan Azərbaycan
Harda olursan ol, harda yaşayırsan yaşa, yalnız Azərbaycan haqqında, Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən.

Ümummilli Lider Heydər Əliyev


Vətən bizim yaşadığımız kənddir, qəsəbədir, rayondur, şəhərdir. Vətən bizim canımızla, qanımızla bağlı olduğumuz Azərbaycanımızdır.
Dünyaya günəş kimi doğan Azərbaycan
Bildiyimiz kimi, xalqımızın qədim xalq yaradıcılığında da, istər şifahi xalq yaradıcılığı olsun, istər yazılı xalq yaradıcılığımız olsun vətən anlayışı, vətən mövzusu həmişə öndə, geniş yer tutmuşdur. Ümumiyyətlə bizim üçün tarix deyəndə, ilk olaraq gözümüzün önünə gələn vətənin mənzərəsidir-dağıdır, daşıdır, torpağı və səmasıdır. Biz, tariximizə, qədim maddi və qeyri-maddi mənbələrimizə istinadən deyə bilirik ki, bizim xalqımız hər zaman öz torpağına, öz mili-mənəvi dəyərlərinə sadiq olmuşdur. Məhz bizim vətənpərvərlik hisslərimiz, bu tarixi dəyərlərimizdən qaynaqlanıbdır.
Tarixin müəyyən mərhələlərində yurdumuz istilalara məruz qalmışdır. Yağı düşmənlərimiz vətənimizə qarşı hər zaman çirkin niyyətdə olmuşlar. Əlbəttə ki, yerüstü və yeraltı sərvətlərimiz, coğrafi şərait və mövqeyimiz bir çoxlarının iştəhasına tuş gəlmişdir. Bir çox hökmdarlar torpağmıza bu səbəblə hücum etmişlər, lakin xalqımız həmişə qəhrəmanlıq göstərərək, əzm və iradə göstərərək öz yurdunu müdafiə etməyi bacarmışdır. Öz torpağının əsl sahibi olduğunu dünyaya sübut etmişdir. Anamız Tomris Keyxosrovun başını kəsərək dünya sübut etmişdi ki, Azərbaycan xalqı öz torpağının sahibidir. Ümumiyyətlə, tarix boyu bizim vətən övladlarımız- Cavanşirimiz, Babəkimiz, Koroğlumuz, Xətaimiz, Cavad xanımız və başqaları bizim müstəqil və azad yaşamaq həvəsimizi, bu hisslərimizi dünyaya sübut etmişlər.
Bir tarixi fakt var, vətənimiz həmişə dara düşəndə özünün igidlərinə arxalanıb.
XX əsrin sonlarında bizim doğma yurdumuz yenə təhlükə ilə üz-üzədir. Bizim yağlı tikəmizi yeyib nankörluq edən qonşu Ermənistan, öz əsasız ərazi iddiaları ilə bizim dədə-baba torpaqlarımıza göz dikdi. Neçə günahsız insanımızı, körpələrimizi qətl etdilər. Onlar havadarlarına arxalanaraq qana susadılar. Lakin yenə də, vətən övladları öz doğma yurdunun müdafiəsinə qalxdılar. Düzdür, bu gün tam qələbə çalmasaq da, bizim cəsur əsgərlərimiz erməni təxribatlarının qarşısını alırlar və onlara imkan vermirlər ki, xalqımızın başına yeni müsübətlər açsınlar. Əlbəttə ki, bizim, ordumuzun və xalqımızın yüksək əhval-ruhiyyəsi, ilk olaraq ideoloji üstünlüyümüzdür. Buna görə hər birimiz ölkə başçımıza minnətdar olmalıyıq. Minnətdar olmalıyıq ona görə ki, dünyada və yaxın ətrafımızda cərəyan edən gərgin proseslərə baxmayaraq, ölkəmiz doğru düşünülmüş siyasi kursun sayəsində rahat və təhlükəsiz həyat şəraiti ilə təmin olunmuşdur.
Vətənimiz hər zaman çiçəklənməyə layiqdir. Layiqdir ona görə ki, bu vətənin insanları dünyaya, ancaq dostluq, qardaşlıq və sülhü aşılayırlar.
Dünyaya günəş kimi doğan Azərbaycan
Bu gün Azərbaycan deyəndə ilk öncə göz önündə belə bir mənzərə canlanır, sülhün diyarı, bir çox kiçik xalqların bərabər və qardaşlıq şəraitində kompak yaşadığı coğrafiya, dinin və vicdanın azad olduğu bir ölkə. O ölkə ki, bir çox millətlərin xəyal etdikləri təhlükəsiz həyat anlayışı burada mövcuddur.
Dünyaya günəş kimi doğan Azərbaycan
Biz azərbaycanlıyıq, Azərbaycanımız isə ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: Dünyaya günəş kimi doğmuşdur.

Tural Əliyev
Qerbinfo.az






Son Xəbər