XƏBƏR, DÜNYA, MƏDƏNİYYƏT
24-09-2018, 16:49

Niderlandda həmvətənlərimizin rəsm əsərlərindən ibarət sərgi açılıb

Niderlandda həmvətənlərimizin rəsm əsərlərindən ibarət sərgi açılıb Azərbaycanın Niderland Krallığındakı səfirliyində bu ölkədə yaşayan həmvətənlərimiz Vəfa Rüstəmova və Rasim Hüseynovun rəsm əsərlərindən ibarət sərgi açılıb. Səfirlikdən Qerbinfo.az-a bildirilib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının (AXC) 100-cü ildönümünə həsr olunub.

Səfirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə müvəqqəti işlər vəkili Cəlal Mirzəyev AXC-nin Azərbaycan dövlətçiliyinin bərqərar olmasında əhəmiyyətindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət haqqında ətraflı məlumat verib. O, bu kimi tədbirlərin təşkilinin ölkəmizin incəsənət və mədəniyyət sahəsində nailiyyətlərinin təbliğ olunmasındakı müstəsna rolunu qeyd edib.

Tədbirdə əsərləri nümayiş olunan rəssamlar çıxış edərək Azərbaycan mədəniyyətinin xaricdə təbliğində səfirliyin onlara göstərdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər.

Sərgidə qonaqlar Azərbaycan mədəniyyəti və incəsənətinə heyranlıqlarını ifadə ediblər.

Qeyd edək ki, sərgi sentyabrın 28-dək davam edəcək.
Niderlandda həmvətənlərimizin rəsm əsərlərindən ibarət sərgi açılıb






Son Xəbər