XƏBƏR, MƏDƏNİYYƏT
17-09-2018, 20:31

Əməkdar artist Özbəkistanda birinci oldu

Əməkdar artist Özbəkistanda birinci olduAzərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq muğam müsabiqəsində təmsil edən “Heyratı” qrupunun solisti Nigar Şabanova I yerə layiq görülüb.

Qərbinfo.az xəbər verir ki, əməkdar artist təəssüratlarını oxu.az-a danışıb:

“Festival həyəcanı başqa şey imiş. Əməkdar artist adı alanda heç ağlamamışdım, sadəcə, donmuşdum. Amma burada xeyli ağladım. Elə stress keçirdim, izah edə bilmərəm. Birinci yer açıqlananda, kaş mənim qışqıra-qışqıra səhnəyə qaçmağımı görəydiniz.

Sonra hotelə gəldik, damağımdan qan açıldı, üzümün sağ tərəfi keyidi, üzüm yığıldı, qulağım tutuldu. Həyəcandan əsirdim. Nə xoşbəxt mənə ki, Vətənimə layiq onu təmsil edə bildim. Şəxsən mənim üçün bundan artıq status yoxdur. Əməkdar artist adı alanda çoxu şübhə etmişdi, indi ağızları bağlandı.

Mən “Şahnaz” muğamını oxuyanda ərəb münsif başına-başına vururdu. Sonra məni bağrına basıb, ağladı. Azərbaycana başıdik, üzüağ qayıdacağam”.

Qeyd edək ki, Nigar Şabanova cari ilin iyun ayında fəxri ada layiq görülüb.






Son Xəbər