XƏBƏR, MANŞET-SLAYDER, MƏDƏNİYYƏT
13-09-2018, 11:30

Bəlkə də Şəmkir xalçaları dünyanın ən məşhur muzeyində saxlanacaq

Bəlkə də Şəmkir xalçaları dünyanın ən məşhur muzeyində saxlanacaq
Düz bir il bundan öncə ölkə Prezidenti cənab İlham Əliyevin Şəmkirə səfəri rayon üçün çox önəmli hadisələrlə yadda qaldı.

Səfər zamanı Cənab Prezident əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Bəlkə də Şəmkir xalçaları dünyanın ən məşhur muzeyində saxlanacaq























Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Cənab Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.

Ölkə rəhbəri daha sonra Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin, Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib və əsaslı şəkildə yenidən qurulan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış oldu.

Bəlkə də Şəmkir xalçaları dünyanın ən məşhur muzeyində saxlanacaq

Açılışı baş tutan Şəmkir üçün önəmli layihələrdən biri də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı idi.

Hər bir azərbaycanlı üçün xalça ilə tanışlıq uşaqlıqdan başlayır. Körpə ikən üzərində iməkləməyə, sonra yeriməyə başladığımız xalçalar...

Nənələrimizin danışdığı nağıllarda bizi xəyal dünyasına aparan uçan xalçalar...

Evlərimizi bəzəyən, rəngarəng naxışları, təsvirləri ilə gözlərimizi oxşayan xalçalar...

Mağar toylarında baş köşədə asılıb, üzərinə pambıq hərflərlə mübarək kəlmələr yazılan xalçalar...

Kənddə doğulub boya-başa çatanlar üçün xalça ilə tanışlıq həm də evlərdə qurulan hanadan, rəngbərəng iplərdən vurulan ilmələrin sehrindən başlayıb.

Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalçaçılıq sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Bəlkə də Şəmkir xalçaları dünyanın ən məşhur muzeyində saxlanacaq
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında da gələcəyə mədəni izlərimizi, naxışlarımızı aparan xalçalar toxunur.

Kim bilir, bəlkə bu gün orada xalça toxuyan xanımlarımızdan hansısa yüz illər sonra XXI əsrin tanınmış xalçaçısı və ya dünyanın ən məşhur muzeydə saxlanan tarixi bir xalçanın müəllifi kimi xatırlanacaq.

Bəlkə də Şəmkir xalçaları dünyanın ən məşhur muzeyində saxlanacaq

Bəlkə də Şəmkir xalçalarının adı dünyaca məşhur Qarabağ, Təbriz xalçaları ilə yan-yana çəkiləcək.

Bu barədə geniş bir yazı yazmaq fikri ilə keçim əsas mövzuya .Həmin yazının mətni hələ ki, mənə məlum olmasa da, sərlövhəsi indidən beynimdədir.

Bu yazını yazmaqda məqsədim “Azərxalça” nın Şəmkir filialında çalışan xalçaçı xanımlarımızı təbrik etməkdir.

Bəlkə də Şəmkir xalçaları dünyanın ən məşhur muzeyində saxlanacaq

Çünki onlar cəmi bir ildir fəaliyyət göstərsələr də dəyərli barmaqları ilə vurduqları incə naxışlı xalçaların sayını 200-ə çatdırdılar.

Şəmkirin xalça mədəniyyətinə, tarixə iz salacaq Şəmkir naxışlarına qoyduqları izə görə onlara dərin təşəkkür edir, işlərində uğurlar arzulayırıq!


ELGÜN SEYİD






Son Xəbər