XƏBƏR, MƏDƏNİYYƏT
1-09-2018, 20:31

Azərbaycanın caz ustaları Rio-de-Janeyronun məşhur konsert zalında çıxış ediblər

Azərbaycanın caz ustaları Rio-de-Janeyronun məşhur konsert zalında çıxış ediblər Azərbaycanın caz ustadları İsfar Sarabski və Şəhriyar İmanov Braziliyaya avqustun 22-dən başlayan turnenin davamı olaraq Rio-de-Janeyro şəhərinin məşhur "Blue Note" konsert zalında sonuncu konsertlərini veriblər.

Azərbaycanın Braziliyadakı səfirliyindən Qərbinfo.az-a verilən məlumata görə, Rio-de-Janeyradakı konsert San Pauloda keçirilmiş üç konsert və bir ustad dərsi kimi yerli auditoriya tərəfindən çox böyük maraqla qarşılanıb.

Konsertə Rio-de-Janeyro şəhər meriyasının nümayəndələri, burada yerləşən Azərbaycan bələdiyyə məktəbinin müəllim və şagirdləri, həmçinin yerli caz həvəskarları qatılıblar. Tədbir yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.

Səfirliyin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilmiş Azərbaycan ustadlarının Braziliya turnesi cari ilin 21-31 avqust tarixlərində həyata keçirilib və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.

Keçirilmiş konsertlər yerli SESC TV kanalı tərəfindən lentə alınaraq ölkənin müxtəlif televiziya və radiolarında il boyu yayımlanacaq. Həmçinin konsertlər albom şəkilində dünya miqyaslı dicital platformalarda yerləşdiriləcək.






Son Xəbər