XƏBƏR, HADİSƏ
1-09-2018, 12:00

ABŞ-da polis məşhur serialın ulduzunu güllələdi

ABŞ-da polis məşhur serialın ulduzunu güllələdi ABŞ-da polis əməkdaşları “Təcili yardım” serialının ulduzu Vanesa Markesi yaşadığı mənzildə güllələyiblər.

Qərbinfo.az “Los Angeles Times” qəzetinə istinadən xəbər verir ki, hadisə Los Ancelesdə baş verib.

Bildirilir ki, aktrisa müxtəlif xəstəliklərdən, o cümlədən psixi çatışmazlığından əziyyət çəkirdi.

Polis bölməsinə edilən zəng əsasında 49 yaşlı aktrisanın evinə yollanan polislər onu xəstəxanaya getməyə razı salmağa çalışsalar da, bu, mümkün olmayıb. Bu zaman V. Markes qəflətən əlinə oyuncaq tapançanı götürüb, polislər isə onu əsl tapança olduğunu düşündüyündən atəş açıblar.

Nəticədə aktrisa güllə yarası alıb. O, xəstaxanaya çatdırılarkən yolda ölüb.






Son Xəbər