XƏBƏR, MƏDƏNİYYƏT
28-06-2018, 17:20

Mədəniyyət Nazirliyində yeni təyinatlar

Mədəniyyət Nazirliyində yeni təyinatlarMədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən Qərbinfo.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Fikrət Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə Vüqar Şixəmmədov, Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzofəsinə isə Aslan Cəfərov təyin olunub.






Son Xəbər