XƏBƏR, MƏDƏNİYYƏT
19-06-2018, 12:00

İlin ən yaxşı filmi və serialı açıqlandı

İlin ən yaxşı filmi və serialı açıqlandı “Qara pantera” filmi “MTV Movie Awards” versiyasına görə ilin ən yaxşı filmi seçilib.

Qərbinfo.az xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.

Ən yaxşı film nominasiyasında “Qara panteradan” savayı “Möcüzə qadın”, “Qisasçılar: Sonsuz müharibə”, “Bu” və “Möhtəşəm qızlar” bədii filmləri mübarizə aparıb.

“Qara pantera filmi təkcə “rəngli insanlar” üçün motivasiya mənbəyi deyil, bu film özlüyündə beynəlmiləl səciyyəlidir, hər irqdən olan insanlar üçündür”, - deyə aktyor Maykl B. Cordan mükafatlandırma mərasimində bildirib.

Fentezi və macəra üslubunda olan bədii film komikslər əsasında lentə alınıb.

İlin ən yaxşı serialı isə “Taxt oyunları” saqasını belə üstələyən “Çox qəribə şeylər” adlı elmi-fantastik tineycer serialı seçilib.






Son Xəbər